Добавить новость
World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

Facebook Kadırovun hesabının sanksiyalara görə bağlandığını deyir

The Washington Post və Rusiyanın Vedomosti Media qrupu da daxil, mətbuat dekabrın 27-də Facebook-a istinadən xəbər veriblər ki, Ramzan Kadırovun Facebook və Instagram hesabları, ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisi dekabrın 20-də Çeçenistan liderinə qarşı sanksiyalar elan edəndən sonra bağlanıb.


Facebook şirkətinin bəyanatında bu barədə deyilir: “Biz bu hesabların sahibi və ya onun təmsilçisi olan tərəfin ABŞ-ın sanksiyalarına hədəf Arzuolunmaz Şəxslərin Siyahısında olduğundan xəbər tutmuşuq və indi bunu təsdiqləyirik. Bu səbəbdən də Facebook bu hesabları bağlamaq kimi hüquqi öhdəçiliyə malikdir”.


AzadlıqRadiosu yazır ki, sanksiyalar siyahısında olan başqa şəxslərə aid Facebook hesablarının bağlandığı və ya bağlanmaq prosesində olduğu barədə məlumatlar yoxdur.


Facebook AzadlıqRadiosunun bu sorğusuna cavab verməyib.


ABŞ Maliyyə Nazirliyi Kadırovun adını sanksiyalar siyahısına Magnitsky Qanununa müvafiq olaraq daxil edib.


Bu qanun insan haqları pozuntuları üçün məsuliyyət daşıyan şəxlərə şamil edilir.


Kadırov özünə qarşı bu ittihamları rədd edir, lakin hazırda Magnitsky Qanununa uyğun olaraq tərtib edilmiş sanksiyalar siyahısındakı ən tanınmış rusiyalıdır.


Kadırov dekabrın 23-də Facebook-un hərəkətindən hiddət bildirmiş və ABŞ-da mənzillənmiş bu sosial media platformasını Vaşinqtonun təzyiqlərinə boyun əyməkdə ittiham etmişdi.


O özünün rusdilli Instagram hesabının işləməməsi ilə bağlı sorğusuna şirkətdən cavab almadığını bildirmişdi. Onun ingilisdilli Instagram hesabı o vaxt açıq idi, lakin indi onun da işləmədiyi görünür.


Rusiyanın telekommunikasiyalarına nəzarət edən Roskomnadzor Kadırovun Facebook və Instagram hesablarının bağlanması ilə bağlı izahat tələb etmişdi.


Kadırovun rusdilli Instagramda 3 milyon, Facebook-da isə 750 min izləyicisi var.


O Instagram hesabı bağlanmazdan az əvvəl yazdığı son postlardan birində ABŞ sanksiyalarını lağa qoyaraq Birləşmiş Ştatlara hazırda onsuz da səfər etməyə hazırlaşmadığını yazmışdı.


O yazırdı: “Mən fəxr edirəm ki, ABŞ-ın xüsusi xidmətlərinin gözündən düşmüşəm. Əslində ABŞ mənə bütün ömrümü, arasında Amerika xüsusi xidmətlərinin vələdüznaları da olan xarici terrorçularla mübarizəyə həsr etməyimi bağışlaya bilmir”.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus