Добавить новость


World News in Azerbaijani


Новости сегодня

Новости от TheMoneytizer

İranda antihökumət nümayişləri keçirilir (VIDEO)

Reuters agentliyinin yaydığı xəbərə görə dekabrın 28-də İranın ikinci böyük şəhəri Məşhəddə yüzlərlə insan qiymətlərin yüksəkliyinə etiraz aksiyasına çıxıb. Şəhərin küçələri ilə yürüyən etirazçılar antihökumət şüarları səsləndirirdilər.


Sosial mediada yayılmış videolarda İranın şimal-qərbindəki Məşhədin küçələrində etirazçıların “Ruhaniyə ölüm”, “diktatora ölüm” şüarlarını səsləndirdikləri eşidilir.




Yarırəsmi ILNA xəbər agentliyinin məlumatında və sosial mediada yayılan xəbərlərdə habelə Nişapur və Kaşmar da daxil Rəzavi Xorasan vilayətinin başqa şəhərlərində də etiraz nümayişlərinin keçirildiyi bildirilir.


Reuters yazır ki, 2015-ci ildə prezident Ruhaninin dünya gücləri ilə imzaladığı tarixi nüvə sazişi Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində onun üzərindəki iqtisadi sanksiyaların qaldırılmasını nəzərədə tutur. Lakin sanksiyaların qaldırılması hələlək iqtisadi vəziyyətin yaxşılaşmasına çox da təsir göstərə bilməyib.


Bir çox iranlılar iqtisadi vəziyyətin hələ də düzəlməməsinə korrupsiya və səriştəsiz idarəetməni səbəb görürlər.


İran Mərkəzi Statistika İdarəsinin məlumatına görə bu maliyyə ilində ölkədə işsizlik 12, 4 faiz həddində olub. Bu, ötən maliyyə ilində olduğundan 1, 4 faiz çoxdur. Başqa rəqəmlərlə deyilərsə, 80 milyonluq İran əhalisinin 3, 2 milyonu işsizdir.


ISNA agentliyi Məşhəd valisi Məhəmməd Rəhim Noruziana istinadən bildirir ki, nümayiş qanunsuz olsa da, polis etirazçılara münasibətdə dözümlülük nümayiş etdirib.


Vali deyib ki, bir neçə etirazçı “ictimai mülkiyyətə ziyan vurduğuna görə” həbs edilib.


Lakin sosial mediada yayılan videolarda polisin etirazçılara qarşı suatanlardan və gözyaşardıcı qazdan istifadə etdiyi görünür.


IRNA agentliyinin məlumatına görə Noruzian deyib ki, etirazlar “İslam Respublikasının düşmənləri” və “əks-inqilabçılar” tərəfindən təşkil olunub.


Nümayişçilərdən bəziləri İranın Assad-a dəstək üçün Suriyaya qoşun göndərməsinə qarşı “Suriyadan çıx, özümüz barədə düşün” kimi şüarlar da səsləndirirdilər.


Bundan başqa İran Suriyanın bərbad iqtisadiyyatına da dəstək verməyə çalışır.


İndiyədək hökumətin iqtisadiyyat sahəsində fəaliyyətini dəfələrlə tənqid etmiş ali rəhbər ayətullah Ali Khamenei dekabrın 27-də deyib ki, xalq “yüksək qiymətlərdən, inflyasiya və resessiyadan əzab çəkir”.


O rəsmiləri bu problemləri qətiyyətlə həll etməyə çağırıb.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus