ABŞ-ın addımına cavab olaraq Türkiyə də viza məhdudiyyətini aradan qaldırdı
Türkiyə Vaşinqtonun addımına analoji cavab olaraq ABŞ ərazisində vizaların verilməsinə qoyulan məhdudiyyəti ləğv etməyi qərara alıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Türkiyənin Vaşinqtondakı səfirliyi çıxış edib