İtaliyanın Mədəniyyət Nazirliyi və Roma Papasının vikarisi arasında gəlinən razılaşmaya əsasən gələn il mayın 2-dən etibarən Panteon məbədinə giriş üçün 2 avro ödəniş tələb olunacaq. AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ödəniş abidəni qorumaq, texniki xidmət xərclərinə yardım və təhlükəsizliyi təmin etmək üçün istifadə olunacaq