Rəsmi – Milan`ın ulduzu komandadan ayrıldı
Sevilla AC Milan`ın ispan yarımmüdafiəçisi Suso`nu rənglərinə bağladı. ONBIR Sevilla klubunun rəsmi saytına istinadən bildirir ki, 26 yaşlı ispan yarımmüdafiəçi daha 5 il ispanların şərəfini qoruyacaq.
Qeyd etmək lazımdır ki, Suso 2019-2020`ci ilin qış transfer pəncərəsində Sevilla`ya icarə əsasında transfer olmuşdu. Əgər Sevilla Champions League`ə qatılmağı bacarsa idi, onların Suso`nu AC Milan`dan almaq öhdəliyi var idi. Nəticədə, La Liga`nı 4-cü yerdə bitirməyi bacaran “Andalusiyalılar” 26 yaşlı ispan vinqeri 24 milyon avro ödəyərək heyətlərinə qatdılar.
Suso Sevilla`nın heyətində 17 görüşdə iştirak etmiş, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.