Bakı/21.08.19/Turan: Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iki gənc fəal - Səhlədar İsgəndərli və Vilayət Məmmədovun inzibati qaydada həbs edildiyi barədə məlumat yayıb. Hər iki gənc avqustun 20-də saxlanılıb, bu barədə Turan-a AXCP gənclər komitəsinin sədri Emil Səlim bildirib.