Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

Qabil Hüseyli : ‘Qara qutu burada tədqiq olunacaq’

Azərbaycan Hərbi Hava Qüvvələrinin ötən ay gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış MİG-29 təyyarəsinin “ qara qutu” sunun Azərbaycanda açılacağı gözlənir.


Bunu jurnalistlərə açıqlamasında həmin təyyarənin mərhum pilotu Rəşad Atakişiyevin qaynatası, politoloq Qabil hüseynli deyib:


“Məmin bildiyimə görə, “qara qutu” burada tədqiq olunacaq”.


Qabil Hüseynli daha sonra da əlavə edib:


“Azərbaycanda artıq o istiqamətdə laboratoriya açılıb. Sadəcə olaraq təyyarənin son dəfə təmir olunduğu Ukraynanın Lvov şəhərindən mütəxəssislər çağırılıb. “Qara qutu”nun üz qapağı zədələndiyinə görə, onlar özləri ilə Bakıya “qara qutu”nun qabını gətirəcəklər. “Qara qutu”nun içərisi yeni qutuya köçürüləcək və məncə problem olmadan oxuna biləcək… ”


Ancaq Qabil Hüseynlinin bu açıqlamasın, hələlik, rəsmi qurumlardan dəqiləşdirmək mümkün olmayıb.


Bu günlər Azərbaycanın bəzi sosial şəbəkə istifadəçiləri isə “qara qutu”nun Rusiyaya aparılacağı və oradan bununla bağlı müsbət nəticənin əldə edilməyəcəyinə dair açıqlamanın veriləcəyindən ehtiyatlandıqlarını bildirirdilər.


Xatırlatma


İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİG-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.


Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.


Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib. Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılmışdı.


Onun “qara qutu”sunun avqustun 19-da, pilot Rəşad Atakişiyevin nəşinin isə ondan bir gün sonra, avqustun 20-də tapılaraq dənizdən çıxarıldığı açıqlanıb.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus