Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

Saakaşvili seçkilərə qatıla biləcək

Kiyevdə məhkəmə iyunun 21-də Gürcüstanın keçmiş prezidenti və Odessa vilayəti administrasiyasının keçmiş başçısı Mixeil Saakaşvilinin xeyrinə qərar çıxarıb. Bu qərardan sonra o, iyunun 25-də Ali Radaya keçiriləcək növbədənkənar seçkilərdə iştirak edə biləcək.


Saakaşvili məhkəmə zalından çəkilən videonu Facebook səhifəsində paylaşıb. O, ölkədə atmosferin dəyişdiyini, məhkəməyə basqı olmadığını qeyd edib.


Qanunvericiliyə görə, parlament seçkilərində iştirak edə bilmək üçün namizəd son 5 ili daim Ukrayna ərazisində yaşamalıdır. Saakaaşvili Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra ötən ilin fevralında ölkədən deportasiya olunub. O, ölkəyə ancaq bu ilin mayında, yeni prezident Vladimir Zelenski vətəndaşlığını bərpa etdikdən sonra qayıda bilib.


Mixeil Saakaşvili «Yeni qüvvələrin hərəkatı» partiyasına başçılıq edir. Bu partiya Ali Rada seçkilərinə öz siyahısı ilə gedir. Saakaşvilinin sözlərinə görə, o, komandasıyla birgə Zelenskiyə Ukraynada korrupsiya ilə mübarizədə yardım etmək istəyir.


Gürcüstanın keçmiş dövlət başçısı həmçinin, sosial şəbəkədə Gürcüstandakı xalq etirazlarını da fəal şəkildə şərh edir, o, küçələrə çıxanların Rusiya və oliqarxlar əleyhinə üsyan etdiklərini söyləyir. Gürcüstanda Saakaşvilinin rəqibləri hakimiyyətdədir, onun tərəfdarları isə aparıcı müxalifət qüvvəsidir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus