Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

Deputat intihar edib?

Ukrayna Ali Radasının deputatı Dmitri Tımçukun ölümü ilə bağlı başlıca versiya intihardır. AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, istintaq məhz bu versiyanı araşdırır.


46-yaşlı deputat və «İnformasiya müqaviməti» qrupunun koordinatoru iyunun 19-da Kiyevdə mənzilində ölü tapılmışdı. O, odlu silahdan açılan atəş nəticəsində başından yaralanaraq ölüb. Həmin gün polis həm qətl, həm də odlu silahla ehtiyatsız davranma versiyalarının araşdırıldığını demişdi.


Müşahidə kameraları hadisə zamanı evdə iki nəfərin olduğunu göstərir: deputat və onun nikahdan kənar arvadı.


«Yaxın adamların ifadələrinə əsasən istintaq mərhumun axır vaxtlar depressiya vəziyyətində olması, son həftədə isə evdən çıxmaması haqda informasiyaya malikdir», - Kiyev prokurorluğunun mətbuat katibi Nadejda Maksimets deyib.


Ukrayna KİV-ləri deputatın gələcək siyasi fəaliyyəti ilə bağlı pessimist yanaşmasının da intihara səbəb olması ehtimalı haqda yazırlar. İki həftə öncə Tımçuk Ali Radaya seçkilərdə iştirak etməyəcəyini bildirmişdi.


Hüquq-mühafizə orqanları isə Dmitri Tımçukun ölümü ilə bağlı bütün istintaq hərəkətləri başa çatdıqdan, bütün ifadələr alındıqdan və məhkəmə-tibbi ekspertizasının nəticələrini əldə etdikdən sonra açıqlama vermək niyyətindədirlər.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus