Добавить новость


World News


Новости сегодня

Новости от TheMoneytizer

ABŞ Polşada ‘1000-ədək’ hərbçi yerləşdirməyə razılaşıb

Birləşmiş Ştatlar Polşada “1000-ədək” hərbi heyət yerləşdirmək barədə razılığa gəlib. Bu qərar Polşa hökumətinin Rusiyanın getdikcə artan aqressivliyindən narahatlığı ilə bağlı qəbul olunub.


Lakin iyunun 12-də prezident Donald Trump tərəfindən imzalanmış birgə ABŞ-Polşa bəyannaməsində bu heyətin müvəqqəti olaraq yerləşdirildiyi qeyd olunur.


Müşahidəçilər bu şərtin Rusiyanın qərb sərhədlərində ABŞ-ın hərbi mövcudiyyətinin artmasından narahatlıq keçirən Kremlin qıcıqlandırılmaması üçün daxil edildiyini bildirirlər.







Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra Moskvanın təcavüzünü cilovlamaq məqsədilə Polşada 4500-dək ABŞ hərbçisi rotasiyalı əsasda yerləşdirilib.


Bu bəyannamənin elan edildiyi və Trump-ın iştirakilə keçirilən birgə mətbuat konfransında Polşa prezidenti Andrzej Duda deyib ki, çar dövründə Polşanın bir hissəsini qəsb etmiş Rusiya Ukraynadakı hərəkətləri ilə “özünün imperialist sifətini yenidən göstərir”.


Bu razılaşmaya əsasən ABŞ hərbiyyəsi özünün Polşadakı “davamlı mövcudluğunu” 1000-ədək hərbçi ilə “yaxın müddətdə” genişləndirəcək.







Trump təsdiq edib ki, Polşa ABŞ-dan Merilenddə mənzillənmiş Lockheed Martin şirkətinin istehsal etdiyi F-35 qırıclarından 32 ədəd alacaq. Trump təyyarələrin Polşaya nə vaxt veriləcəyini dəqiqləşdirməyib.


Polşa ötən il öz ərazisində ABŞ zirehli diviziyasının daimi yerləşdirilməsi məqsədilə 2 milyard dollar təklif etmişdi. 10-15 min arasında hərbçidən ibarət bu qoşunlar Polşanın müdafiə qüdrətini artırmalı idi.


ABŞ prezidenti bunu da bildirib ki, Polşa ABŞ şirkətlərindən 8 milyard dollarlıq maye qaz almağa razılıq verib.


Polşa hazırda qaz təchizatında Rusiyadan asılıdır və istehlak etdiyi qazın 70 faizi bu ölkədən gəlir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus