800 nəfər köbələkdən zəhərlənib
İranda 800-dək insanın köbələkdən zəhərləndiyi və onlardan 11-nin vəfat etdiyi xəbər verilib. İran Səhiyyə Nazirliyinin mayın 21-də verdiyi məlumata görə 200 nəfər xəstəxanalara yerləşdirilib. Nazirlik bunu da bildirir ki, belə zəhərlənmədən müalicə üçün səmərəli vasitələr mövcud deyil. Bu da qeyd olunur ki, zəhərli köbələklər xarici görünüşlərinə görə yeməli köbələklərə çox bənzər olub. Təsnim agentliyi xəbər verir ki, sözü gedən köbələklər İranın qərbindəki dağ ətəklərindən yığılmışdı. ... Читать дальше...