Добавить новость


World News


Новости сегодня

Новости от TheMoneytizer

Aclıq etdiyini deyən iki məhbusun yeri dəyişdirilib

Bloqer Mehman Hüseynovdan sonra yanvarın 14-də birgə bəyanat verərək, 13 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığını deyən dörd ictimai-siyasi fəaldan ikisi oradan köçürülüb. Bunlar jurnalist Elçin İsmayıllı və «Müsəlman Birliyi» hərəkatının koordinatoru Əhsən Nuruzadədir. Digər iki nəfər - İlkin Rüstəmzadə və Bayram Məmmədov həmin cəzaçəkmə müəssisəsində qalıb.


Ə.Nuruzadə 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Bu xəbəri AzadlıqRadiosuna onun ailə üzvləri də təsdiqləyib. Bildirilib ki, yanvarın 19-da həmin müəssisədə Ə.Nuruzadə ilə görüşüblər.


Ə.Nuruzadənin saxlanma yeri dəyişsə də, onun aclığı davam etdirdiyi deyilir: «Görüşdə anası ondan xahiş edib ki, aclığı dayandırsın. Çünki ondan nigaran qalır, vəkil çatışmazlığı var, onun durumundan vaxtlı-vaxtında xəbər tuta bilmir. Ancaq Əhsən razılaşmayıb».


Jurnalist E.İsmayıllının isə 17 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilir.


«Nida» Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadə də yanvarın 19-da sosial şəbəkələrdə qardaşının aclığı davam etdirdiyini yazıb.


Penitensiar Xidmət konkret söz demir

Penitensiar Xidmətdən 13 saylı Cəzaçəkmə Müəssisəsindən iki fəalın köçürülməsi məsələsinə konkret cavab verilməyib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Cəzaların İcrası Məcəlləsinin 16.1 maddəsi məhkumların yerini açıqlamağı qadağan edir: «Orada yazılıb ki, yalnız məhkumun öz razılığı ilə onun yeri açıqlana bilər. Əgər onlar köçürülübsə də, deməli, bunun üçün qanuni əsaslar olub. Burada qanunsuzluq yoxdur».


Penitensiar Xidmət daha öncə cəzaçəkmə müəssisələrində heç bir məhkumun aclıq etmədiyini bildirmişdi.


Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.


Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqer ittihamı qurama sayır.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus