Добавить новость


World News


Новости сегодня

Новости от TheMoneytizer

Ünvanlı sosial yardım alanlar 'iki dəfə azalıb'

«Prezident iki gün əvvəl, dekabrın 19-da ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlıları (dekabrın 31-i) və Yeni il bayramları münasibətilə 100 manat birdəfəlik yardım ödənməsi barədə sərəncam verib. Həmin sərəncamla onlara 5 milyon manat vəsait ayrılıb. Bu da o deməkdir ki, ölkəmizdə 50 min ailə ünvanlı sosial yardım alır».


Bunu iqtisadçı Qalib Toğrul bildirib.


Q.Toğrul vurğulayıb ki, bu 5 milyon manat 2018-ci il dövlət büdcəsində ünvanlı sosial yardım və sosial müavinətlərdən ötrü nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən ayrılıb. İqtisadçı deyib ki, bu fərmanın özündə də belə yazılıb: «Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına yerləşdirilən məlumata istinad etsək (işğal altında olan 7 rayonun bazaya daxil edilməyən məlumatları istisna olmaqla), 20.12.18-ci il tarixinə 39 min 893 ailə ünvanlı sosial yardım (ÜSY) alır. Halbuki, keçən il 80 minə yaxın ailə ÜSY alırdı. Demək iki dəfəyə yaxın azalma var».


Q.Toğrul deyir ki, son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manata yaxın vəsait ayrılıb: «2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Vəsaitin tam xərclənmədiyi elə sərəncamın vəsaitin hansı mənbədən ödənməsini müəyyən edən maddəsindən də görünür...».


Xatırlatma

Azərbaycanda ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən başlanıb. Son illər ünvanlı sosial yardım alanların sayında kəskin azalma özünü göstərməkdədir. Müstəqil iqtisadçılar bunu neftin ucuzlaşması ilə ölkənin gəlirlərinin azalması, rəsmilər isə son illər özünəməşğulluq proqramının tətbiqi ilə izah edirdilər. Sosial müavinət alan bəzi ailələrə bunun əvəzində şəxsi təsərrüfatla məşğul olmaqdan ötrü dövlət dəstək verir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus