Добавить новость


World News


Новости сегодня

Новости от TheMoneytizer

Müsavatın Gənclər Təşkilatının sədri həbs olunub

Müsavat partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqlı həbs olunub. Noyabrın 21-də Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Qərarı hakim Şahin Abdullayev verib.


Dələduzluq, saxta sənəd ittihamı...


AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, Əbülfəz Sadıqlıya CM-in 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham verilib.


Əbülfəz Sadıqlı "Nikoil" bank adından saxta sənəd hazırlayıb, ondan istifadə etməkdə suçlanır. İttihama görə, o, bankın kreditilə aldığı "Niva" markalı maşına görə borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.


"O arayışı Əbülfəz Sadıqlı özü hazırlamayıb, bankdan alıb. Bankın möhürü Əbülfəzdə nə gəzirdi ki, belə arayış da hazırlaya bilsin? Ekspertizanın da rəyi var ki, sənəddəki möhür də, imza da saxta deyil, bircə reyestr-qeydiyyat nömrəsi uyğun gəlmir. Araşdırmalıdırlar ki, o sənədi bankın daxilində kim hazırlayıb. Əgər arayış saxta olubsa, bu üç il ərzində niyə bank tələb etməyib ki, borcunu ödəsin, niyə məhkəməyə müraciət etməyib? Deməli, həqiqətən Əbülfəz pulu banka ödəyib və arayışı alıb", - Əbülfəz Sadıqlının qardaşı Vasif Sadıqbəyli AzadlıqRadiosu-na bildirib.


"Özünü təqsirli bilmədi"


Əbülfəz Sadıqlının vəkili Mirismayıl Hadıyev istintaq getdiyinə görə ətraflı danışmaq istəmir. Bununla belə, AzadlıqRadiosu-na bildirib ki, müvəkkilinin həbsi, ona qarşı bu ittihamların irəli sürülməsi üçün yetərincə sübut yoxdur.


Müdafiəçinin sözlərinə görə, Əbülfəz Sadıqlı özü də məhkəmədə təqsirsiz olduğunu deyib: "Bildirdi ki, ona qarşı qərəz var. Başqa şeylər də dedi, bu haqda danışmaq istəmirəm. Mən də öz mövqeyimi bildirdim. Hesab edirəm ki, ona bu ittihamları vermək, həbs eləmək üçün kifayət qədər əsaslar yoxdur. Hərtərəfli araşdırma aparmadan, yalnız şübhə ilə adamı həbs eləmək olmaz".


Vəkil müsavatçı fəal haqqında həbs qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus