Добавить новость


World News


Новости сегодня

Новости от TheMoneytizer

AÇG blokundan neft gəlirləri açıqlandı - 134 milyarddan çox...

Azərbaycan Dövlət Neft Fondu (NF) «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan və «Şahdəniz» yatağından daxil olan vəsaitlərin məbləğini açıqlayıb.


Fondun avqustun 13-də yaydığı məlumatda bildirilir ki, AÇG bloku üzrə 2001-ci ildən etibarən əldə olunan ümumi gəlirlər 134 milyard dollar təşkil edib. Həmin vəsaitlər avquistun 1-nə qədər olan dövrü əhatə edir.


AÇG blokundan bu il yanvarın 1-dən avqustun 1-dək 5 621 milyon dollar daxil olub.


Eyni dövrdə “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə 94 milyon dollar təşkil edib.


Şahdəniz yatağı üzrə qazın satışından 2007-ci ildən əldə olunan ümumi gəlirlər 2 506 milyon dollara bərabər olub.


Xatırlatma


AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yataqlarıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataqlar 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.


Layihə iştirakçıları BP (35.78 faiz), «Chevron» (11.27 faiz), “ExxonMobil” (8 faiz), ONGC (2.72 faiz), SOCAR (11.65 faiz) şirkətləri olub. Yataqlarda, habelə «Inpex Corp», «ITOCHU Oil», «Statoil» və TPAO şirkətləri də yer alıb.


Sonra bəzi dəyişikliklərlə saziş 2050-ci ilə kimi uzadılıb.


Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olub: BP – 30.37, AzACG (SOCAR) - 25, «Chevron» - 9.57, «Inpex» - 9.31, «Statoil» - 7.27, «ExxonMobil» - 6.79, TPAO – 5.73, «Itochu» - 3.65 və «ONGC Videsh Limited (OVL)» - 2.31 faiz.


“Şahdəniz” (ŞD) yatağı 1999-cu ildə kəşf edilib. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.


“Şahdəniz” yatağını özünün Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir.


Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Aprelin 1-nə olan məlumata görə, onun aktivləri 37 milyard 631.7 milyon dollar təşkil edir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus