Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

Stanley Kubrick-in itmiş ssenarisi tapılıb

Stanley Kubrick-in 1956-cı ildə yazdığı "Yanan sirr" ("Burning Secret") adlı itirilmiş ssenarisi aşkarlanıb.


Ssenari yarımçıq olsa da, demək olar, hazır imiş və onun əsasında bütöv bir film çəkilə bilərmiş. https://www.thewrap.com/stanley-kubrick-burning-secret-1956-script-found/


İtirilmiş yarımçıq ssenari Uelsdə aşkar edilib.


"The Guardian" yazır ki, ssenarini Uelsdəki Bangor Universitetinin kinematoqrafiya professoru Nathan Abrams tapıb. Professorun sözlərinə görə, o, hazırda Kubrick-in son "Geniş qapanmış gözlər" filmi haqda yazır. Ssenarini də bu kitab üçün araşdırma apararkən təsadüfən tapıb.


BÜTÖV SSENARİ


Ssenarinin üzərində 1956-cı il 24 oktyabr tarixi qoyulub. Bu, rejissorun Kirk Douglas-ın oynadığı "Şöhrətin yolları" adlı antimüharibə filminin hitə çevrilməsindən bir il öncə deməkdir.


Ssenarinin üzərində Metro - Goldwyn - Mayer (MGM) studiyasının ssenari şöbəsinin möhürü də var. Kubrick Hollivud sistemi onu məyus edəndən sonra, 1961-ci ildə Britaniyaya köçüb. Buna görə də onun şəxsi yazı və qeydlərinin çoxu orada arxivləşdirilib.


“Buna inana bilmirdim. Bu, çox həyəcanlı bir şeydir. Bu ssenarinin itirildiyi düşünülürdü. Kubrick-i dərindən öyrənənlər bilirlər ki, o bu filmi çəkmək istəyib, ancaq heç kim onun tamamlandığını bilmirdi. İndi əlimizdə tam nüsxə var və bu sübut edir ki, o tamamlanmış, bütöv bir ssenari yazıb", – Abrams aşkarlanmış ssenari haqda deyib.


Tanınmış Avstriya yazıçısı Stefan Zweig-ın 1913-cü ildə yazdığı və Calder Willingham-ın həmmüəllifi olduğu "Yanan sirr"-də şorgöz bir kişi 10 yaşlı oğlan uşağı ilə dostlaşır. O, uşaqdan istifadə edərək bir spa kurortunda onun anasını yoldan çıxarmağa ümid edir. 


Qeyd edək ki, Calder Willingham həm də "Şöhrətin yolları" filminin ssenarisinin həmmüəllifidir. 


Bu layihənin ləğv səbəbi mübahisəlidir. Bəziləri hesab edirlər ki, Metro - Goldwyn - Mayer studiyası Kubrick-in "Şöhrətin yolları" filmini Amerikanın "United Artists" studiyası ilə birgə çəkdiyini öyrəndiyinə görə layihəni ləğv edib.


Abrams-ın özü isə hesab edir ki, problem ssenarinin özündə olub. Belə ki, əxlaqsız yetkin insanın uşağı manipulyasiya etməsi üzərində qurulmuş hekayə çox riskli idi. 1950-ci illərin Amerikasında tamaşaçı auditoriyasının onu necə qarşılayacağı bəlli deyildi.


İKİ DƏFƏ EKRANLAŞDIRILIB


Qeyd edək ki, "Yanan sirr" romanı bundan öncə düz iki dəfə, fərqli formalarda böyük ekrana yol tapıb. İlk dəfə 1933-cü ildə Avstriya və Almaniya kinematoqrafçılarının birgə çəkdiyi film formasında, daha sonra isə 1988-ci ildə ingilis dilində. Kubrick-in özü, böyük ehtimalla, başqa bir rejissorun onun işini götürməsi ideyasına nifrət edərdi. Ancaq mütəxəssislər bəzi rejissorların filmi maraqlı çəkə biləcəyinə inanırlar.


Hər hansı bir kinostudiyanın Kubrick-in 62 il öncə yazılmış bu ssenarisini götürüb onunla işləmək istəyib-istəmədiyi haqda heç bir şey deyilmir. Ancaq kimsə bunu etmək istəyərsə, bu, rejissorun ideyalarının ölümündən sonra reallaşdırılması ilə bağlı ilk hal olmayacaq. Kubrick-in ölümündən iki il sonra, 1999-cu ildə Steven Spielberg onun insan ailəsi tərəfindən övladlığa götürülmüş android oğlan haqda konseptini "A.I.: Artificial Intelligence" ("Süni zəka") filminə çevirib.


Stanley Kubrick-in digər klassik filmləri arasında "2001: Kosmik Odisseya" (“2001: A Space Odyssey)" (1968), "Doktor Streynclav, yaxud mən narahat olmağa son qoymağı və bombanı sevməyi necə öyrəndim" (“Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb”) (1964), "Qurulan portağal" (“A Clockwork Orange”) (1971), "Parıltı" (“The Shining”) (1980) və "Tam metal örtük" (“Full Metal Jacket”) (1987) filmləri də var.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus