Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

“Gəncə hadisələrinə görə 8 nəfər tutulub, 1 nəfər öldürülüb”

Gəncə hadisələri ilə bağlı daha 8 nəfərin tutularaq barələrində həbs qətimkan tədbiri seçildiyi, bir nəfərin isə öldürüldüyü deyilir.


Bu barədə Respublika Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir. 


Məlumata görə, təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində “ağır cinayət əməlləri törətətmiş mütəşəkkil qrupu”n fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Anar Bağırovun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib.


Onun əməliyyat tədbirləri zamanı silahlı müqavimət göstərdiyi və cavab tədbiri olaraq öldürüldüyü deyilir.


Hadisə yerinə baxış zamanı Anar Bağırovun üzərindən “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edildiyi də qeyd olunur.


Saxlanılanların adı sadalanmır.


Hüquq-mühafizə orqanlarının məlumatına görə, bundan öncə Gəncə hadisələri ilə bağlı 30-dan artıq şəxs həbs edilib. 


İyulun 15-də isə polisi öldüməkdə şübhəli sayılanlardan biri Rad Böyükkişiyevin isə polisə qumbara ilə müqavimət göstərərkən öldürüldüyü haqda rəsmi məlumat verilib. 


Buna da bax:Gəncə olayında müəmmalar, verilməyən cavablar...


Xatırlatma


İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilənYunis Səfərov həbs edilib.




Hüquq-mühafizə qurumları iddia edir ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.


Hələlik, Y.Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb.


Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə, Sumqayıtda aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.


Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.


 

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus