Добавить новость
World News


Новости сегодня

Новости от TheMoneytizer

İlham Əliyev: ‘Rusiya ilə münasibətlərimiz nümunəvidir’

“Bizim münasibətlərimiz inkişaf edir, özü də çox uğurla inkişaf edir”.


AZƏRTAC-ın xəbərinə görə, iyunun 13-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevi qəbul edərkən Rusiya prezidenti Vladimir Putin belə deyib.


Rusiya prezidenti vurğulayıb ki, iki ölkə arasındakı əmtəə dövriyyəsi həm ötən il, həm də bu ilin birinci rübü ərzində artıb:


“Biz bunu dəstəkləməliyik. Siyasi məsələlərə gəlincə, burada da vəziyyət sabitdir. Parlamentlərin, ictimai təşkilatların xətti ilə daim əlaqə saxlanılır, humanitar əlaqələr inkişaf edir”.


O, əlavə edib ki, həmin səfər zamanı ikitərəfli münasibətlərin geniş və dərindən müzakirəsi nəzərdə tutulur.


İyunun 12-də qeyd edilən Rusiya Günü, eləcə də futbol üzrə dünya çempionatına hazırlığın başa çatması münasibətilə Vladimir Putini təbrik edən Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu bildirib.


Avqustun sonunda Rusiyaya səfərə dəvətə görə həmkarına təşəkkür edən İlham Əliyev deyib ki, bu gün də kifayət qədər geniş olan gündəlikdəki cari məsələlərə dair fikir mübadiləsi aparmaq imkanı var:


“Bizim daimi xarakter daşıyan əlaqələrimiz münasibətlərimizə böyük təkan verir. Biz bunun yaxşı nəticələrini görürük. Bizim qarşılıqlı siyasi fəaliyyətimiz çox yüksək səviyyədədir. Biz etibarlı dostlar və tərəfdaşlar, strateji tərəfdaşlarıq. Sizin qeyd etdiyiniz kimi, iqtisadi sahədə dinamika ötən il də, bu il də çox müsbətdir. İqtisadi əməkdaşlığın genişləndirilməsinə dair planlar var”.


O, gələcəyə, əlaqələrin möhkəmlənməsinə ümidlə baxdığını ifadə edib.


Xatırlatma


Prezident İlham Əliyev iyunun 12-si gecə saatlarında Rusiya Federasiyasına gedib.


İyunun 14-də Rusiyada futbol üzrə XXI dünya çempionatı start götürəcək. 32 yığma komandanın qatıldığı yarışın açılış mərasiminə Azərbaycan prezidentinin də qatılacağı gözlənir.

Читайте на сайте


Smi24.net — ежеминутные новости с ежедневным архивом. Только у нас — все главные новости дня без политической цензуры. Абсолютно все точки зрения, трезвая аналитика, цивилизованные споры и обсуждения без взаимных обвинений и оскорблений. Помните, что не у всех точка зрения совпадает с Вашей. Уважайте мнение других, даже если Вы отстаиваете свой взгляд и свою позицию. Мы не навязываем Вам своё видение, мы даём Вам срез событий дня без цензуры и без купюр. Новости, какие они есть —онлайн с поминутным архивом по всем городам и регионам России, Украины, Белоруссии и Абхазии. Smi24.net — живые новости в живом эфире! Быстрый поиск от Smi24.net — это не только возможность первым узнать, но и преимущество сообщить срочные новости мгновенно на любом языке мира и быть услышанным тут же. В любую минуту Вы можете добавить свою новость - здесь.




Новости от наших партнёров в Вашем городе

Ria.city
Музыкальные новости
Новости России
Экология в России и мире
Спорт в России и мире
Moscow.media










Топ новостей на этот час

Rss.plus