Putin FIFA-ya təşəkkür edir
İyunun 13-də FIFA-nın 68-ci konqresində 200-dən artıq milli futbol federasiyasının təmsilçiləri iştirak edib.
“FIFA-nın idmanı siyasətdən kənar tutmaq prinsipinə sadiqliyini xüsusi qeyd etmək istərdim. Rusiya daim bu yanaşmanı dəstəkləyib”, – Putin deyib.
Rusiya dünya çempionatına ev sahibliyi etdiyi bir vaxtda Qərblə münasibətləri gərgin olaraq qalır. Moskvanın Ukraynaya müdaxiləsi, başqa ölkələrdə seçkilərə müdaxiləsinə dair səslənən iddialar, İngiltərədə keçmiş casusun və qızının zəhərlənməsi bu gərginliyin kökündə duran səbəblərdir.
Putin sabah dünya çempionatının açılış mərasiminə qatılacaq. Moskvada Lujniki stadionunda Rusiya komandası Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. Çempionat iyulun 15-də bitəcək.