İngiltərənin Lester şəhərində güclü partlayış olub
Bəzi məlumatlara görə partlayış polyak mağazasında baş verib. Polis adamlara hadisə yerindən kənar dayanmağı tövsiyə edib. Partlayışdan sonra başlanan yanğının söndürülməsi üçün hadisə yerinə 6 yangınsöndürən gəlib.
Hadisə yerli vaxtla axşam saat 7-də baş verib.
Mirror qəzeti ərazidən 60 evin evakuasiya edildiyini yazır.
Partlayış baş verərkən dükan açıq idi.
Polis hazırkı mərhələdə hadisəni – “axtarış-xilasetmə əməliyyatı” adlandırır.
İnsan tələfatı barədə heç bir məlumat yoxdur.