Keçmiş vitse-prezidentə 63 illik həbs kəsilib
Baghaei 20 gün ərzində hökmdən apelyasiya şikayəti verə bilər.
Müşahidəçilərin fikrincə, bu qərar mühafizəkar ədliyyə sisteminin keçmiş prezident Mahmud Ahmadinejad-a xəbərdarlığıdır.
2011-2013-cü illərdə, Ahmadinejad-ın prezidentliyi dövründə vitse-prezident olmuş Baghaei 2015-ci ildə korrupsiya ittihamlarıyla qısa müddətə saxlanmışdı.
Nüfuzlu Mühaffizlər Şurası onu bu ilin mayında prezident seçkisinə buraxmayıb və iyulda bir neçə həftəlik həbs cəzası çəkib.
Bu arada Ahmadinejad-la İran məhkəmə sisteminin rəhbəri Sadegh Amoli Larijani arasında söz savaşı gedir. Keçmiş prezident Larijani-ni diktarura və səriştəsizlikdə suçlayıb.