“Fənərbağça” “Udineze”nin futbolçusu Lazar Samarciçi transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı yarımmüdafiəçi üçün bonuslarla birlikdə 15 milyon avro təklif edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Udineze” Samarciçi 20 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Tərəflər arasında danışıqlar davam edir.
Lazar ötən mövsüm “Udineze”də 34 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.