“Qalatasaray” “Lester”in futbolçusu Vilfrid Ndidini transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Lester”lə müqaviləsi başa çatan yarımmüdafiəçi hələ qərarını verməyib. “Qalatasaray” oyunçunu azad agent kimi heyətinə qatmaq üçün danışıqlarını davam etdirir.
Ndidi ötən mövsümdə 35 oyunda 6 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Onun adı “Everton”la da hallanır.