Fransalı hücumçu Olivye Jiru Avro-2024-də Niderlanda qarşı keçirdikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, forvard 0:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Daha çox şansımız oldu və üstün tərəf biz idik. Bir az xəyal qırıqlığı yaşadıq, çünki üç xalı istəyirdik. Lakin yekunda bərabərlik də pis deyil. Hər şey öz əlimizdədir”.
Fransa D qrupunda 4 xalla ikinci sıradadır. Lider Niderlandın da aktivində 4 xal var.