Portuqaliyalı mütəxəssis Mourinyo “Fənərbağça”da işə başlayıb.
Futbolpress.az xəbər verir ki, baş məşqçi futbolçularla birinci görüşündə onlara xəbərdarlıq edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mourinyo futbolçulara məşqə gecikməmələri ilə bağlı xəbərdarlıq edib. O, oyunçuların gecikəcəyi halda, ciddi cərimələrin olacağını bildirib.