“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Latsio” vingerin xidmətində maraqlıdır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Qrinvudun agenti A Seriyası klubunun nümayəndələri ilə danışıqlar aparır.
“Latsio” 22 yaşlı futbolçu üçün 37 milyon avro ödəməyə hazırdır.
Qrinvud ötən mövsümü icarə əsasında “Xetafe”də keçirib. O, La Liqada 33 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə edib.