“Fənərbağça”nın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi məlum olub.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi bu raundda İsveçrənin “Luqano” komandası ilə qarşılaşacaq.
Komandalar arasındakı ilk oyun 23/24 iyulda İsveçrədə olacaq. Cavab görüşü isə 30/31 iyulda Türkiyədə baş tutacaq.