İspaniya millisinin futbolçusu Lamin Yamal Avropa çempionatlarında məhsuldar ötürmə edən ən gənc futbolçu olub.
Futbolpress.az xəbər verir ki, o, bunu 16 yaş 338 günlüyündə bacarıb.
İspaniya – Xorvatiya görüşündə üçüncü qolun məhsuldar ötürməsini Yamal edib.
Yamal həm də İspaniya yığması ilə Avropa çempionatlarında final mərhələsində start heyətdə meydana çıxan ən gənc futbolçu adını qazanıb.