Avro-2024-ün final mərhələsinə start verilib. İlk matçda turnirin ev sahibi Almaniya Şotlandiyanı darmadağın edib – 4:1.
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Samir Əliyev “FutbolPress“ə açıqlamasında turnirdən gözləntilərini bölüşdü:
“İndidən nəsə proqnoz vermək çətindir. Çünki Avropa çempionatıdır və müxtəlif nəticələr ola bilər. Düzdür, bəzi komandalar bir addım öndə görünür, buna baxmayaraq, kiminsə favorit olduğunu deyə bilmərəm. Almaniya, İspaniya, İngiltərə, Fransanın yaxşı heyətləri var”.
Mütəxəssis Türkiyə və Gürcüstan haqda da fikirlərini bildirdi:
“Gürcüstanın buraya gəlməsi onlar üçün böyük şeydir. Ancaq düzü, qrupdan çıxacaqlarına inanmıram. Eyni zamanda Türkiyə də. Ola bilər, onlar qrupdan çıxsın, amma çox irəli gedəcəklərini düşünmürəm”.
Şahin Cəfərov