ONBİR The Times`a istinadən xəbər verir ki, Chelsea`nin heyəti bu yay ciddi şəkildə dəyişikliklərə məruz qalacaq. London klubunu 10 futbolçu tərk edə bilər. Klubu icarə əsasında tərk etməyə əsas namizəd kimi Kepa Arrizabalaga göstərilir. Eyni zamanda klub rəhbərliyi Kurt Zouma, Andreas Christensen, Emerson, Marcos Alonso və Willian`a gələcək təkliflərə nəzərdən keçirmək niyyətindədir. 2019/20 mövsümünün böyük hissəsini zədə səbəbilə buraxmalı olan N`Golo Kante`nin də başqa bir kluba satılacağı ehtimal olunur.
The post Chelsea`ni bir neçə vacib oyunçu tərk edə bilər appeared first on ONBİR.