ONBİR Sky Sports`a istinadən xəbər verir ki, məşhur italyan jurnalist Gianluca Di Marzio, Cristiano Ronaldo`nun Juventus`a keçidindən sonra Seria A`ya artan maraqdan danışıb.
“Hal-hazırda çox sayda oyunçu Premier League`dan Seria A`ya keçmək istəyir. Bu, bizim xeyirimizədir. Güman edirəm ki, Ronaldo Juventus`a transfer olunandan sonra çempionatın prestiji artdı və futbolçuların bura axını çoxaldı.
2-3 il öncə futbolçular Seria A ilə müqayisədə Premier League, La Liga və Bundesliga`ya üstünlük verirdilərsə, indi bu vəziyyət dəyişib. Çempionatımız yenidən güclənib və futbolçular bura gəlmək istəyir, çünki İtaliya möhtəşəm ölkədir və burda inanılmaz matçlar olur.”