ONBİR Diario Sport`a istinadən bildirir ki, Barcelona hücumçu axtarışına davam edir. Katalon klubu zədə səbəbilə bir müddət yaşıl meydanlardan uzaq qalan Luis Suarez`in yerini bu qış transfer pəncərəsi zamanı doldurmaq niyyətindədir.
Klubun əsas hədəflərindən biri də Chelsea`nin fransalı forvardı Olivier Giroud`ur. Oyunçunun yetərincə təcrübəli olması katalonların bu seçim üzərində fokuslanacağına işarə edir. Eyni zamanda, transfer bazarında olan qiymətlərdən heç də razı olmayan klub rəhbərliyi, sonradan almaq şərti olmayan icarə seçimlərini nəzərdən keçirir. Giroud bu tələblərə cavab verir.
Qeyd edək ki, 33 yaşlı fransızla Inter və Aston Villa kimi klublar da maraqlanır. Oyunçu bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir qolla yadda qalıb.