ABŞ-nin Los Anceles şəhərində baş vermiş şiddətli yanğınlar nəticəsində Azərbaycanın Baş konsulluğuna ziyan dəyməyib. Day.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.