Bu il həm daşınmaz əmlak, həm də tikinti materialları bazarında qiymətlərin bahalaşmasını proqnozlaşdırırıq. Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyib. O vurğulayıb ki, bu, ilk növbədə Azərbaycan iqtisadiyyatının böyüməsi ilə bağlıdır.