Mağazalarda ən çox satılan meyvə şirəsi olan "Zolotoy Sad"ın (Золотой Сад) içindən kiflənmiş zərərli hissəciklər çıxıb. Day.Az xəbər verir ki, bu barədə Milli.Az-a vətəndaş şikayəti daxil olub. Məhsulun görüntüsünü çəkib təqdim edən vətəndaşın iddiasına görə, məhsulu "Araz Supermarket"dən alıb.