Son günlər bazarda 11 manata təklif olunan Ukrayna əti insanlar arasında ciddi marağa səbəb olub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu ətin digər ətlərdən çox ucuz olması bəzi şəxslərdə razılıq doğursa da, əksəriyyət müharibə şəraitində yaşayan olan ölkədən ixrac olunan ət barəsində narahatlıq hissi keçirirlər.