Hindistanın cənubundakı Kerala ştatında keçirilən festival zamanı filin hücumu nəticəsində azı 17 nəfər yaralanıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, heyvanın qəfil davranışı panikaya səbəb olub, iştirakçılar təhlükəsiz yerə qaçmağa çalışıblar. Yaralananların əksəriyyəti çaxnaşma zamanı yaranan izdihamda xəsarət alıb.