Arpaçay-1 Su Elektrik Stansiyasının son 5 ildə istehsal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb. Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiq olaraq 41.069, 33.198, 25. 977, 19.120 və 45.439 min kVt/saat olub.