Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2024-cü ilin noyabr ayında orta hesabla 127.5-ə bərabər olub. Bununla da ərzaq qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 0.5%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 5.7% artıb.