Ağdam şəhərində Mərkəzi parkın tikintisi işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb. Day.Az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müəyyən işlərə başlayıb. Qurum parkın tikintisi işlərinə 8,7 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.