Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib. Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub.