Naxçıvan günəş elektrik stansiyasında ötən il 32.793 min kVt-saat elektrik enerjisi istehsal edilib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib. Bildirilib ki, stansiyada il ərzində 33 milyon kVt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.