"Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqlarının artırılması nəzərdə tutulub. Ümumilikdə bu islahatdan 700 mindən çox şəxs yararlanacaq". Day.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.