M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a bildirilib ki, layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.