Azərbaycanda casusluq ittihamı ilə həbs olunan fransalı iş adamı Martin Ryanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham aktı oxunub. Martin Ryanla birgə müttəhim kürsüsündə Azərbaycan vətəndaşı Azad Məmmədli əyləşir.