Füzuli şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin tikintisi ilə bağlı müəyyən işlərə start verilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, şəhərdə orta sıxlıqlı və çoxfunksiyalı zona, orta mərtəbəli yaşayış məhəllələrinin tikintisi layihəsi çərçivəsində söküntü işləri həyata keçiriləcək.