Castin Trüdo Kanadanın baş naziri postundan istefa vermək niyyətindədir. Day.Az xəbər verir ki, Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini bəyan edib. O qeyd edib ki, partiyaya yeni lider seçildikdən sonra baş nazir vəzifəsindən də istefaya gedəcək.