Bakıda təmizlik şirkətinə yuyulmaq üçün verilən döşəyin içindən çıxanlar təəccübləndirib. Day.Az Titul.az-a istinadən xəbər verir ki, şirkət əməkdaşları döşəyi açarkən onun içində şüşə banka ilə rastlaşıblar. Məlum olub ki, bu banka döşək sahibinin "kassa"sı olub. Həmin bankanın içərisindən 240 manat pul çıxıb.