2024-cü ilin dekabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 32 nəfər saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2024-cü ilin dekabr ayı üzrə yaydığı icmalda qeyd edilib. Bildirilib ki, onların 8-i Azərbaycan, 12-i Pakistan, 5-i Əlcəzair, 5-i Şri-Lanka, 2-si Mərakeş vətəndaşı оlub.