Maşın bazarında alıcı az, maşın isə çoxdur. Day.Az ATV-yə istinadən məlumat verir ki, satıcılar müştəri sarıdan qıtlıq yaşayırlar. Müraciət edənlər əsasən ucuz avtomobil istəyirlər. Alıcılar isə avtomobilin baha olmasından narazıdırlar. Ekspertlər deyirlər ki, avtomobil bazarında hələ ki bir neçə ay artım gözlənilmir.